İki minə yaxın insan Azərbaycan-Rusiya sərhədində qalıb (FOTO)
19
fev
2016
10:09
Azərbaycan-Rusiya sərhədində 2 minə yaxın insan ölkəyə gəlməkdə çətinliklə üzləşib. BAKU.WS report-a istinadən xəbər verir ki, buna Dağıstanda yayılan "Donuz qripi" ilə əlaqədar aparılan ciddi yoxlamaların səbəb olduğu bildirilir. Rusiyadan Azərbaycana gələn insanlar Dağıstanın Yaraq Qazmalar buraxılış məntəqəsini asanlıqla keçdiklərini, yalnız Azərbaycan tərəfdə çətinliklə üzləşdiklərini qeyd ediblər. Onlar soyuq hava şəraitində 10 saatdan çoxdur sərhəddə qaldıqlarını bildiriblər.
BAKU.WS
Oxşar xəbərlər
Rusiyada Azərbaycan vətəndaşı "donuz qripi"ndən öldü
Rusiyanın Yamalo-Nenetsk Muxtar Vilayətində daha bir nəfər "donuz qripi"ndən ölüb. BAKU.WS-in məlumatına görə, hadisə Noyabrsk şəhərində qeydə alınıb. Ölən şəx...