Kəmaləddin Heydərov rəisi işdən çıxardı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, polkovnik Elçin Rasim oğlu Ələsgərov vəzifəsindən azad olunub. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Nazirin digər əmri ilə mayor Fərman Telman oğlu Bayramov Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin edilib.
Fərman Bayramov bu təyinatadək Qaradağ Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini olub.
Oxşar xəbərlər
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. BAKU.WS xəbər verir ki, bu ba...