Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Aktiv məşğulluq tədbiri sentyabrın 8-i saat 11:30-da Kəlbəcər rayonunun Mərkəzi meydanında təşkil olunacaq.
Qeyd edilib ki, tədbirdə işaxtaran şəxslərə dövlət və özəl sektoru təmsil edən 16 müəssisə tərəfindən mühəndis-energetik, böyük mühəndis, xidmət rəisi, növbətçi elektrik montyoru, qaynaqçı, yanacaq maşını sürücüsü, çilingər, qənnadıçı, satıcı, aşpaz və digər peşə istiqamətləri üzrə 90-dan çox vakansiya təqdim ediləcək.
Yarmarkaya gələn şəxslərə agentliyin icra etdiyi digər aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumat veriləcək.
Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...