Karantinə görə qurulan polis postları ləğv edilir? - Əhaliyə MÜRACİƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə ərazisində karantinə görə qurulan polis postlarının ləğv edilməsilə bağlı səslənən fikirlər həqiqətə uyğun deyil.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev BAKU.WS-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrədə ölkə ərazisində və paytaxtda qurulan bəzi postların ləğv edilməsi barədə səslənən fikirlər kökündən yanlışdır.
“Xüsusi karantin rejimi aktiv olduğuna görə, sözsüz ki, postlar da qüvvədədir. Xüsusi karantin rejiminə görə rayonlararası yollarda stasionar postlar var.
Bakı şəhərində bu postların müxtəlif yerlərdə və müxtəlif vaxtlarda yerləri dəyişdirilir. Şərtlərdən asılı olaraq, bəzən bir küçədə, bəzən də digər küçədə və yolayrıclarında postlar quraşdırılır.
Nəqliyyat vasitələrində hərəkət edən şəxslərin karantin rejiminə əməl etmələrinə nəzarət olunur. Əhalidən xahiş olunur ki, karantin rejiminə doğru-dürüst riayət etsinlər”, - deyə Kamran Əliyev bildirib.
Oxşar xəbərlər
İcbari Tibbi Sığorta üzrə QİYMƏTLƏR məlum oldu - 5 manat - SİYAHI
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki Məsumə Talıbova İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə edilən dəyişiklikləri şə...