“Karantin yenə sərtləşdirilə bilər” - TƏBİB-dən XƏBƏRDARLIQ - VİDEO

“Karantin yenə sərtləşdirilə bilər”  - TƏBİB-dən XƏBƏRDARLIQ - VİDEO
Video
Sosial 9389

"Əgər karantin rejimi tam yumşaldılırsa, insanlara müəyyən sərbəstliklər verilirsə, buna görə arxayınlaşmamalıyıq. Xəstəliyə qarşı vaksin əlimizidə deyil. Qorunma tədbirlərindən istifadə etməliyik".

BAKU.WS xəbər verir ki, bu sözləri TƏBİB Elmi Komitəsinin sədri, professor Akif Qurbanov "Real intervyu"nun qonağı olarkən deyib.

O bildirib ki, insanlar bu qaydalara riayət etməsə, bu, yoluxma sayının artmasına gətirib çıxaracaq:

"Son 1 ayda epidemiya ilə mübarizədə ciddi uğurlar əldə olunub. Yoluxma sayı kəskin azalıb, stabilləşib. Bunun üzərindən də Operativ Qərargah müvafiq yumşalma qərarları verir.

İnsanlar bu qaydalara əməl etməsələr, yoluxma sayının artmasına gətirib çıxara bilər. Bu da sözsüz, məcburiyyət qarşısında yenidən karantin qaydalarının ciddiləşməsinə, sərtləşməsinə səbəb ola bilər".

Oxşar xəbərlər

COVID-19 ilə bağlı yeni komitə yaranıb

COVID-19 ilə bağlı yeni komitə yaranıb

TƏBİB-in İdarə Heyəti yanında “COVID-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı Tibbi-Elmi Komitə”nin növbəti ic...

671 Sosial 15:51 27 avqust 2020

Son xəbərlər