Karantin rejimində vətəndaşlar üçün VACİB OLAN QAYDALAR - RƏSMİ
Azərbaycanda xüsusi karantin rejimi şəraitində vətəndaşlar üçün bəzi məqamlar tam aydın olsun deyə Daxili İşlər Nazirliyi açıqlama yayıb.
BAKU.WS xəbər verir ki, DİN-in açıqlamasında aşağıdakı qaranlıq məqamlara toxunulub:
- Avtomobillə sərnişin daşıma qadağan olunacaq?
- Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı aprelin 5-dən fəaliyyətinə icazə verilən şəxslərin şəxsi avtomobili ilə sərnişin daşıması qadağan olunacaq.
Bakı, Sumqayıt və Abşeron ərazisində işləyən şəxslər şəxsi avtomobilindən istifadə etsələr də, onların avtomobilində özlərindən başqa, icazəsi olmayan şəxs aşkarlanarsa cərimələnəcək.
Xüsusi icazəsi olan şəxslər işə gedib-gəlmək üçün şəxsi avtomobilindən o halda istifadə edə bilər ki, həmin avtomobildə işi olmayan başqa şəxsi daşımasın.
Yəni avtomobildə onun ailə üzvü və ya küçəyə çıxmağa xüsusi icazəsi olmayan şəxs aşkarlanarsa, bu barədə qanunvericiliyə uyğun tədbir görüləcək. Avtomobil sahibinin yalnız özünün hərəkətinə icazə verilir.
- KİV nümayəndələrinin, o cümlədən fasiləsiz fəaliyyət göstərən qurumların əməkdaşlarının, habelə müvafiq icazə ilə hərəkət edən şəxslərin market və aptekə gedərkən SMS vasitəsilə icazə alması mütləqdirmi?
Xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət edən şəxslər, həmçinin barəsindəki məlumatlar işəgötürən tərəfindən “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslərin ərzaq və digər tələbat mallarını, dərman vasitələrini almaq üçün əlavə icazə vasitəsinə müraciət etməsinə ehtiyac yoxdur.
Həmin şəxslərin 8103 nömrəsinə SMS-lə müraciət etməsi tələb edilmir.
- Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarının şəxsi avtomobilləri ilə işə gedib-gəlməsinə və sərnişn daşımasına qadağa varmı?
- Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarının şəxsi avtomobilləri ilə işə gedib-gəlməsinə heç bir məhdudiyyət yoxdur.
Lakin jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər. Jurnalist avtomobili ilə ailə üzvlərini daşıya bilməz.
Onlar avtomobilindən yalnız iş məqsədi ilə istifadə edə bilərlər. Əgər avtomobili idarə edən jurnalistin ailə üzvlərindən kimsə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətinə icazə verilmiş qurumlardan birində işləyirsə, jurnalist həmin ailə üzvünü də öz avtomobili ilə işə apara bilər.
- Xüsusi karantin rejimi dövründə müvafiq icazə əsasında hərəkət edən şəxs ona məxsus olan və ya etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsi üçün əlavə icazə almalıdırmı?
- “İcaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən istifadə edə bilər.
Bunun üçün əlavə icazə almaq tələb olunmur. Lakin müvafiq icazəsi olmayan şəxslərin həmin avtomobildə daşınması yolverilməzdir və bu, hüquqi məsuliyyət yaradır.
- Daxili İşlər Nazirliyindən vətəndaşların maska və əlcəkdən istifadə etməməsinə görə cərimə edəcəklərmi?
- Vətəndaşlar karantin qaydalarını pozduğuna görə, zərurət olmadan evdən çıxdığına görə cərimə olunur. Vətəndaşlar tibbi maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur.
Sadəcə polis əməkdaşları həmin şəxsləri saxlayıb tövsiyə edir ki, özlərinin və yaxınlarının sağlamlığı üçün tibbi maska və əlcəkdən istifadə etsinlər.
Əlcək və maskadan istifadə etməməyə görə cərimə yoxdur. Tibbi maska taxmayanların cərimələnməməsi o demək deyil ki, vətəndaşlar tibbi maska taxmadan ictimai yerdə gəzə bilər.
Biz vətəndaşlardan tələb edirik və bildiririk ki, tibbi maska və əlcəkdən istifadə etmək lazımdır. Hər kəs karantin rejiminin tələblərinə riayət etməlidir.
- Məişət tullantılarını atarkən icazə almaq lazımdırmı?- Evdən çıxmağa görə icazə yaxınlıqdakı marketə, aptekə və xəstəxanaya getməyə aiddir və iki saat ərzində geri qayıtmalıdırlar.
Oxşar xəbərlər
DİQQƏT! Bunu edən sürücülər cərimələnəcək - Daha bir QADAĞA
Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı aprelin 5-dən fəaliyyətinə icazə verilən şəxslərin şəxsi avtomobili ilə sərnişin...