Kamran Əliyev: “SMS-lə icazə qayınanagilə getmək üçün verilmir”
Yeniliklərdən dərhal xəbərdar olun
“8103-ə SMS yazaraq küçəyə çıxmaq icazəsi ancaq qərarda nəzərdə tutulan məqsədlər üçündür. Bu icazə qayınana evinə getmək üçün verilmir axı”.
BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, bunu DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Kamran Əliyev “Space” TV-də yayımlanan “Siqnal” verilişində deyib.
Taşamaçılardan birinin “Mənim və yoldaşımın şəxsiyyət vəsiqəsi var. Ancaq 4 yaşında qızımın şəxsiyyət vəsiqəsi yoxdur. Biz qayınanamgilə getmək istəyirik. Bu halda nə edə bilərik” sualına cavabında DİN rəsmisi SMS-lə icazə sistemində bunun nəzərdə tutulmadığını deyib. O, ailəyə qayınanasıgilə getmək üçün karantin rejiminin ləğvini gözləməyə məsləhət görüb.
Oxşar xəbərlər
"Hökumət təcili tədbirlər görməlidir" - Həkimlərdən koronavirusla bağlı HƏYƏCAN TƏBİLİ
Aprelin 27-dən xüsusi karantin rejiminin yumşaldılmasından sonra çölə çıxan insanların sayı çoxalıb. Paytaxtda insan çoxluğu müşahidə olunur. SMS icazə sistemin...