Kahı yükünün içərisindən 22 kiloqramdan çox marixuana aşkarlanıb

Kahı yükünün içərisindən 22 kiloqramdan çox marixuana aşkarlanıb
Foto
Sosial 10

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə BAKU.WS-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, "Cənub-Astara" gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına "kahı" yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı üzəriləri "kahı" ilə örtülən 191 ədəd bağlamadan xalis təmiz çəkisi 22 kiloqram 565 qram külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

20 ballıq cərimə limiti artırılır?

20 ballıq cərimə limiti artırılır?

Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı təyin edilən 20 bal limitinə yenidən baxıla bilər. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bununla bağlı...

16 Sosial 12:17 02 iyun 2026

Son xəbərlər