Kağız və mürəkkəbdən rəqəmsal mediaya gedən yol

Bir zamanlar insanlar hər səhər yeni çıxan qəzetləri əldə etmək üçün növbəyə dayanır və günə qəzet oxumaqla başlayırdılar. Media ilk gücünü kağız və mürəkkəbdən alırdı. Texnologiyanın inkişafı qəzetin populyarlığını azaltsa da, hələ də istər dünyada, istərsə də ölkəmizdə medianın təməlinin sadiq oxucuları var.
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyir ki, xəbərin alt qatındakı mətləbləri izah etmək üçün analitik yanaşma vacibdir və bu işin ən peşəkar forması qəzet jurnalistikasında öz əksini tapır.
Radionun yaranması isə xəbəri səsə çevirdi. Bu gün eyni vaxtda milyonlarla insan informasiyanı avtomobilində, yolda alır. Şəhərin səsinə qarışan radiomuz medianın ayrılmaz bir hissəsidir.
Radio aparıcısı Rəhman Rəsulovun sözlərinə görə, bu gün radio həm Azərbaycanda, həm də dünyada aktuallığını qoruyur və bu gündən sonra da bu, belə davam edəcək:
"Radiolar dəqiqləşdirilməmiş informasiyanı dinləyicilərlə bölüşmür, daim doğru xəbərləri çatdırır. İnsanlar radio sayəsində operativ şəkildə doğru informasiyaları qəbul edir, həmçinin xoş musiqilərdən zövq alırlar".
Televiziya isə medianın üzünü dəyişdi. Xəbər artıq oxunan və eşidilən yox, eyni zamanda görünən olmağa başladı. Ekran qarşısındakı milyonlarla tamaşaçı üçün xəbər ailələrin evinə açılan bir pəncərəyə çevrildi.
Bu gün isə xəbər artıq barmaqlarımızın ucundadır: telefon ekranlarında, sosial media lentində. Redaksiyalar təkcə xəbəri istehsal etmir, eyni zamanda onu sosial şəbəkələrdə paylaşaraq izləyicilərlə anında əlaqə qurur.
Qəzetin səhifələrindən başlayan mətbuatın yolu radionun səsinə, televiziyanın ekranına və nəhayət, sosial medianın sürətinə çatdı. Dünya dəyişir, informasiya yayımının formaları yenilənir, amma bir həqiqət dəyişməz qalır: insanların informasiya ehtiyacı. Çünki informasiya tək bir günə aid deyil, o həm də cəmiyyətin yaddaşı və tarixidir.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
UNEC-in Dərbənd filialının məzunlarına diplomlar bir ildən sonra verilməyə başlanıb
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2023-2024-cü tədris ili üzrə məzunlarına diplomların verilməsinə başlanılıb. BAKU.WS bu barə...