Kadırov toyların keçirilməsinə icazə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Çeçenistanda toy mərasimlərinin keçirilməsinə qoyulan qadağa ləğv edilib.
BAKU.WS RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov qərar qəbul edib.
Kadırov Çeçenistan Respublikası ərazisində mövcud olan müsbət dinamikanı nəzərə alaraq toy mərasimlərinin keçirilməsinə qoyulan qadağanı aradan qaldırıb. Lakin o, toy mərasimləri zamanı sosial məsafə tədbirlərinin qorunmasını şərt kimi irəli sürüb.
Qeyd edək ki, COVID-19 virusunun yayılmasının qarşısını almaq məqsədi ilə mart ayının sonlarından Çeçenistanda toy mərasimlərinin keçirilməsi qadağan olunmuşdu.
Oxşar xəbərlər
Koronavirusa yoluxan Ramzan Kadırovun ağciyərlərinin 70 faizi zədələnib - VİDEO
Çeçenistan rəhbəri Ramzan Kadırovun ağciyərlərinin 70 faizi zədələnib. BAKU.WS xəbər verir ki, bu barədə “Komsomolskaya pravda”ya adı gizli saxlanılan mənbə məl...