İstisuda çimmək üçün icazə və ödəniş tələb olunur?
Kəlbəcərin İstisu ərazisində insanların təbii isti mineral sularda çimdiyini əks etdirən görüntülər son günlər sosial şəbəkələrdə geniş yayılıb.
BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, həmin paylaşımlar İstisunun mineral bulaqlarından istifadə qaydaları ilə bağlı müzakirələrə səbəb olub. Vətəndaşları əsasən əraziyə giriş üçün əvvəlcədən qeydiyyat və ya xüsusi icazənin tələb edilib-edilməməsi, eləcə də çimməyin ödənişli olub-olmaması maraqlandırır.
Məsələ ilə bağlı Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, hazırda İstisunun isti mineral sularında çimməklə bağlı hər hansı xüsusi qayda və ya məhdudiyyət tətbiq edilmir:
"Vətəndaşlar buradan sərbəst və ödənişsiz istifadə edə bilərlər. Bunun üçün əvvəlcədən qeydiyyatdan keçmək və ya xüsusi icazə almaq tələb olunmur".
Oxşar xəbərlər
Paytaxtda su kollektorunun partlaması nəticəsində yaranan problem niyə həll olunmur?
Bakının Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36 ünvanında yerləşən yaşayış sahəsində su kollektorunun partlaması nəticəsində yaranan fəsadlar hələ də tam aradan...