İsti havada idman edənlərin NƏZƏRİNƏ

İsti havada tər içində idman edənlər heç də az deyil. Elə sosial şəbəkələrdə də tez-tez parkda qaçanlar, velosiped sürənlər, açıq havada fitnes edən gənclərin görüntülərinə rast gəlirik. Amma bir sual göz önündə dayanır: havanın 40 dərəcəyə çatdığı günlərdə belə aktivlik nə qədər sağlamdır?
BAKU.WS xəbər verir ki, həkimlərin fikrincə isti havada fiziki aktivlik, düzgün yanaşılarsa, bədən üçün müsbət təsir göstərə bilər.
Çünki belə vaxtlarda əzələlər daha elastik olur, maddələr mübadiləsi sürətlənir, tərləmə yolu ilə toksinlər bədəndən çıxır.
Lakin mütəxəssislər deyir ki, havanın qızmar nəfəsi bədən üçün hər zaman xeyirli olmaya bilər. Sıx məşq zamanı itirilən su və elektrolitlər başgicəllənmə, ürəkbulanma, hətta istilik vurması ilə nəticələnə bilər. Ürək-damar problemi olan şəxslər üçün isə bu, daha böyük risk deməkdir.
Mütəxəssislər xəbərdarlıq edir ki, səhər tezdən və ya gün batandan sonra idman edin. İdman zamanı bol su için, incə, açıq rəngli və nəfəs alan geyimlərə üstünlük verin, mümkün qədər kölgədə və ya qapalı məkanlarda məşq edin.
Oxşar xəbərlər
MN: Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür
Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədi...