İşsizlərin NƏZƏRİNƏ! 140 vakansiya təqdim edilib

İşsizlərin NƏZƏRİNƏ! 140 vakansiya təqdim edilib
Foto
Sosial 230

Martın 18-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının təşkilatçılığı ilə işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Peşə Təhsil Mərkəzindən məlumat verilib.

Bildirilib ki, əmək yarmarkasına 10 işəgötürən müəssisə tərəfindən 140 vakansiya təqdim olunub.

Yarmarkada Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin sonuncu kursunun 250-dən çox tələbəsi, həmçinin digər işaxtaran vətəndaşlar iştirak ediblər. Ümumilikdə, 98 nəfər müxtəlif peşə və ixtisas sahibinin CV-ləri qəbul olunub. Digər iştirakçılara əmək bazarında lazım olan bacarıqlar üzrə təlimatlar verilib, öz karyera hədəflərini təyin etməyə kömək göstərilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Suraxanıda sakinlərin həyatı cəhənnəmə dönüb: Qorxu içindədirlər

Suraxanıda sakinlərin həyatı cəhənnəmə dönüb: Qorxu içindədirlər

Suraxanı rayonunun Səttar Bəhlulzadə qəsəbəsində yerləşən 18 evin sakinləri təhlükəli şəraitdə yaşadıqlarını bildirirlər. BAKU.WS Baku TV-yə istinadən xəbər ver...

28 Sosial 23:40 17 sentyabr 2026

Son xəbərlər