İşçilərin məzuniyyətə çıxması ilə bağlı YENİLİK - Kompensasiya veriləcək?
Əmək münasibətlərində əsas hüquqlardan biri işçinin məzuniyyət hüququdur.
BAKU.WS-in məlumatına görə, rəsmi əmək müqaviləsi ilə çalışan hər bir şəxsə 21 gündən az olmayaraq ödənişli əmək məzuniyyəti verilməlidir.
Lakin praktikada bəzi işçilər məzuniyyətə çıxmaqdan imtina edir və bunun əvəzinə kompensasiya almağa üstünlük verirlər.
Bəs bu hal qanunla necə tənzimlənir?
Hazırda işçi əmək məzuniyyətindən istifadə etmədiyi halda, işəgötürən ona müvafiq məbləğdə kompensasiya ödəməlidir. Bu, əmək qanunvericiliyi ilə mümkündür. Eyni zamanda, işçinin məzuniyyət hüququnun pozulması inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, əmək məzuniyyətinin verilməməsinə və ya istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə edilə bilər.
Mütəxəssislər bildirirlər ki, işçinin məzuniyyətə çıxmaması yalnız hüquqi deyil, həm də sağlamlıq baxımından risklidir. Uzunmüddətli fasiləsiz iş əmək qabiliyyətinə və işin keyfiyyətinə mənfi təsir göstərir, bu isə işəgötürən üçün də əlavə problemlər yaradır.
İşəgötürən işçini məcburi məzuniyyətə göndərə bilərmi?
Hazırkı qanunvericiliyə əsasən, işçinin əmək məzuniyyətinə çıxması əsasən onun öz ərizəsi ilə mümkündür. Lakin istisna hallar mövcuddur. Təbii fəlakət, qəza, istehsalatın dayanması kimi fövqəladə vəziyyətlərdə işəgötürən işçiləri qrup halında ödənişli və ya ödənişsiz məzuniyyətə göndərə bilər. Bu halda ödənişsiz məzuniyyətin müddəti işçinin iki illik əsas məzuniyyətinin cəmini keçməməlidir.
Qanunvericilikdə gözlənilən dəyişiklik
Əmək qanunvericiliyində məzuniyyətlə bağlı yeni dəyişikliklərin edilməsi müzakirə olunur. Təklif edilən dəyişikliklərə əsasən, işçi ərizə yazmasa belə, işəgötürənin onu məzuniyyətə göndərməsi mümkün olacaq. Bunun üçün əvvəlcədən elektron sistem üzərindən işçiyə rəsmi xəbərdarlıq ediləcək. Xəbərdarlıqdan sonra işçi imtina edərsə, işəgötürən öz əmri ilə onu əmək məzuniyyətinə göndərə biləcək.
Qeyd olunur ki, xüsusi imtiyazlı kateqoriyaya aid işçilərin məzuniyyət hüquqları dəyişməz qalacaq və onlar əvvəl olduğu kimi istədikləri vaxt məzuniyyətə çıxa biləcəklər. Təklif olunan dəyişikliklər əmək mühafizəsinin gücləndirilməsinə, işçilərin sağlamlığının qorunmasına və iş prosesinin səmərəliliyinin artırılmasına xidmət edəcək.
Oxşar xəbərlər
Beş il əvvəl sökülən evlərinin əvəzinə yeni mənzil ala bilməyən sakinlər tikinti şirkətindən ŞİKAYƏT ETDİLƏR
Beş ildir binaları sökülüb. Yeni mənzillərlə təmin olunacaqları vədi verilsə də, hələ də evsiz qalıblar. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu sakinl...