İş və istirahət günlərinin yerləri dəyişdirilib - RƏSMİ
Noyabr ayında ardıcıl 6 gün iş olmayacaq.
8 noyabr Zəfər Günü, 9 noyabr Bayraq Günüdür.
Noyabrın 9-u şənbə gününə düşdüyündən Nazirlər Kabinetinin "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında" müvafiq qərarına əsasən, noyabrın 11-i də qeyri-iş günü olacaq.
Bundan başqa, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
Bununla da noyabr ayında ardıcıl olaraq 6 gün (8, 9, 10, 11, 12 və 13 noyabr) iş olmayacaq. Növbəti iş günü isə noyabrın 14-də olacaq.
Oxşar xəbərlər
Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA
Avqustun 22-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məl...