İş axtaranları SEVİNDİRƏCƏK XƏBƏR - Bu tarixdə...

İş axtaranları SEVİNDİRƏCƏK XƏBƏR  - Bu tarixdə...
Sosial 351

Martın 6-da Biləsuvar rayonunda Əmək Yarmarkası keçiriləcək. Tədbir Şirvan-Salyan Regional Məşğulluq Filialının təşkilatçılığı ilə baş tutacaq.

BAKU.WS xəbər verir ki, yarmarka işaxtaranlar üçün geniş imkanlar təqdim edəcək.

Ümumilikdə 200-dən çox vakansiya təqdim olunacaq və namizədlər işəgötürənlərlə birbaşa ünsiyyət quraraq iş imkanları barədə ətraflı məlumat ala biləcəklər.

Yarmarkada iştirak etmək istəyən şəxslərin şəxsiyyət vəsiqəsini təqdim etmələri mütləqdir. Həmçinin namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Tədbirin keçirilmə yeri və vaxtı:

Tarix: 6 mart 2025

Saat: 10:00 - 15:00

Ünvan: Biləsuvar rayonu, Heydər Əliyev prospekti 29, Şirvan-Salyan Regional Məşğulluq Filialının Biləsuvar rayon xidmət şöbəsi

Yarmarka çərçivəsində işaxtaranlara vakansiyalar, iş şərtləri və öhdəlikləri haqqında ətraflı məlumat təqdim olunacaq. Həmçinin namizədlər karyera məsləhətləri ala və təcrübə proqramları barədə məlumat əldə edə biləcəklər.

Əmək yarmarkasında iştirak işsiz və işaxtaran vətəndaşlar üçün mühüm fürsət hesab olunur. Tədbirdə iştirak etmək istəyənlər yuxarıda qeyd olunan tarixdə və ünvanda olmalıdırlar.

Son xəbərlər