İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti auditor seçib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
BAKU.WS dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "SR Audit Solutions" MMC-dir.
Qalib şirkətə 90 min manat ödəniləcək.
Xatırladaq ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Prezident İlham Əliyevin 17 noyabr 2023-cü ildə imzaladığı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərmana əsasən, ləğv olunmuş "Azərsu" ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 400 min manatdır. Xidmət istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən publik hüquqi şəxsdir.
Oxşar xəbərlər
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir
Bakı şəhərinin Günəşli qəsəbəsini Sabunçu dəmiryol stansiyası ilə əlaqələndirən 40 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir. BAKU.WS bu barədə Rəq...
