İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
BAKU.WS nazirliyə istinadən xəbər verir ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.
"20 Yanvar hadisələri xalqımızın azadlıq uğrunda mübarizliyini və sarsılmaz iradəsini dünyaya nümayiş etdirdi. Bu tarix Azərbaycan dövlətinin müstəqilliyinin bərpasında mühüm rol oynayıb. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daima yaşayacaq", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Bakının mərkəzində Milli Etalon Vaxtının göstərilməsinə başlanılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (Az...