İqtisadçı alimə vəzifə verildi
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruca müşavir təyin olunub.
BAKU.WS xəbər verir ki, bu barədə AQC məlumat yayıb.
Bildirilib ki, bu vəzifəyə iqtisadçı alim, hüquqşünas, iqtisad üzrə fəlsəfə doktoru, dövlət qulluğunun kiçik müşaviri, tanınmış maliyyə, vergi və audit eksperti Nazim Şükürov gətirilib.
Qeyd edək ki, N. Şükürov 2022-2024-cü illərdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini, eyni zamanda Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. 2024-2025-ci illərdə Dünya Bankı Qrupunun "Business Ready" (B-READY 2025) proqramında ekspert kimi iştirak edib.
Oxşar xəbərlər
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb
Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə BAKU.WS-ə Ailə, Qad...