"iPhone"a bağlanmaq üçün 10 ən möhtəşəm funksiya
"iPhone"un yeni funksiyaları həm həyatı asanlaşdırır, həm də ona olan asılılığı artırır.
1. Sərnişin daşıma məlumatlarını rahat əldə edəcəksiniz: Artıq metrolarda yol istiqamətləri üçün çırpınmağa gərək qalmayacaq. (Hazırda yalnız Nyu York və London kimi böyük şəhərlərdə "iPhone"un bu xidməti mövcuddur, amma zamanla yeni xidmət bütün dünyaya yayılacaq.)
2. Fotolarınızı gizlətmək mümkündür: Bəzən yaxınlarınız özəl şəkillərlə dolu olan telefonunuzu əlinizdən alıb baxır. Artıq bu barədə narahat olmağa ehtiyac yoxdur. "Paylaş" menyusuna gedib fotolarınızı yeni "Gizlə" variantıyla saxlaya bilərsiniz.
3. Çoxlu şəkil seçimi edin: Artıq "Foto şəkil" bölməsindən "Seç" funksiyasını seçərək barmaqlarınız ağrıyana qədər tək tək seçim etməyə son!
4. "Enerji qənaət rejimi" həyatınızı xilas edəcək: Qırmızı həyəcanı gördükdə artıq Tənzimləməyə girərək "Batareya" rejimini seçə bilərsiniz.
5. Selfie işi asanlaşdı: Artıq ön kamera ilə çəkilən şəkillər birbaşa Foto bölməsindəki qovluğa gedəcək. Paylaşılmaya hazır selfilərlə dolu böyük bir qovluqdan daha gözəl nə ola bilər?
6. Qeydlər daha faydalı hala gəlir: Artıq qeydlərinizə internet linkləri, şəkillər, siyahılar və rəsmlər də əlavə edə bilərsiniz.
7. Videolara zum variantı gəlir: Çəkdiyiniz videonun hər hansı bir hissəsində zum edərək daha yaxşı görüntülər əldə edə bilərsiniz.
8. Wi-Fi zəifdirsə fikir verməyin. Wi-Fi sürəti azalan kimi "Wi-Fi Asistenti" funksiyası işə düşəcək və avtomatik olaraq 3G-yə keçid ediləcək.
9. Qulaqcıqlarınızı telefona taxın, telefonunuz avtomatik olaraq ən son dinlədiyiniz musiqiləri göstərəcək.
10. "iOS 9" sistemi gələn maillərinizdəki fəaliyyətləri tənzimləyəcək və bunları avtomatik olaraq təqvimə yerləşdirəcək.
BAKU.WS
Oxşar xəbərlər
Whatsapp-dan möhtəşəm 3D yenilik (VİDEO, FOTO)
Dünyanın ən məşhur mesajlaşma proqramı olan Whatsapp daha bir xidmətini işə salıb. BAKU.WS-in məlumatına görə, mesajlaşma proqramı dünən axşam saatlarında yen...