“Instagram”da problem yaranıb

“Instagram”da problem yaranıb
Sosial 4118
“Instagram” sosial şəbəkəsinin dünya üzrə istifadəçiləri servisin işində problemlərin yaranması ilə üzləşiblər. Bu barədə populyar internet saytlarının işini izləyən “Downdetector” resursunun məlumatında deyilir.Portalın məlumatına görə, servisin fəaliyyətində texniki nasazlıqlar bir sıra Avropa, Şimali və Cənubi Amerika və Asiya ölkələrində müşahidə edilib.Bildirilir ki, “Instagram” istifadəçilərinin 58 faizi məlumatlar lentində yeni bildirişlərin yüklənilməsində problemlərlə rastlaşıb, 22 faizi hesaba daxilolma ilə bağlı problemlərdən şikayətlənib, 18 faizi veb-sayt üzrə problemlərlə üzləşib. Qeyd edək ki, “Instagram” sosial şəbəkəsi elementli fotoşəkil və videoyazıların mübadiləsi üçün pulsuz mobil əlavə olmaqla fotoşəkil və video çəkməyə, onlar üçün filtr tətbiq etməyə, eləcə də onları öz servisi və bir sıra digər sosial şəbəkələr vasitəsilə yaymağa imkan verir.BAKU.WS

Oxşar xəbərlər

“Facebook” və “Instagram”ın fəaliyyətində problem yaranıb

“Facebook” və “Instagram”ın fəaliyyətində problem yaranıb

“Facebook” və “Instagram” sosial media platformalarının fəaliyyətində problem yaranıb.BAKU.WS-in məlumatına görə, istifadəçilər hesablarına, idarə etdiyi səhifə...

981 Şou-biznes 18:10 20 noyabr 2018

Son xəbərlər