İmişlidə heyvan satışı bazarı açılıb
14
yan
2026
11:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İmişli rayonu Otuziki kəndi ərazisində yerləşən heyvan satışı bazarının fəaliyyətinə icazə verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bazar biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb.
İşçi qrupu tərəfindən bazara yerində baxış və qiymətləndirmə keçirilib.
Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.
Qeyd edək ki, daha əvvəl bir neçə rayonun da heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilmişdi.
Qalereya
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...