İmişlidə 9 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah İmişli rayonunda 8 931 abonentin qaz təchizatı dayandırılacaq.
Bu barədə BAKU.WS Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən məlumat verib.
Məlumata görə, sentyabrın 25-də saat 09:00-dan etibarən işlər yekunlaşanadək İmişli şəhər mərkəzi, 7 kəndində - Yalavac, Şəkərli, Cəfərli, Muradxanlı, Əliqullar, Oruclu, Ağaməmmədli kəndlərində qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatının dayandırılması "İmişli 1" qaz ölçü qovşağından qidalanan diametri 315 mm və diametri 160 mm-lik PE orta təzyiqli qaz kəmərlərində kipliyin sınağı məqsədilə əlaqədar olacaq.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...