İlahiyyatçı: Ehsan dedikdə aş, halva, yemək yada düşür, bu, yanlışdır

Ehsan dedikdə aş, halva, yemək yada düşür, halbuki bu yanlışdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu fikirləri ilahiyyatçı Tural İrfan Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda baş tutan toy və yas mərasimlərində israfçılıqdan çıxış yolunun tapılması üçün ictimai diskussiyada deyib.
O bildirib ki, əslində, ehsan yaxşılıq deməkdir.
"İnsanın yaxını vəfat edir, meyit qalır bir qıraqda, gedib yemək tədarükü görürlər, kəsmək üçün dana axtarırlar", - o əlavə edib.
İlahiyyatçının sözlərinə görə, bu mənada, cəmiyyətdə belə mövzulara ictimai qınaq mütləqdir.
"Şadlıq sarayları və mərasim evlərinin sahibləri elə qiymətdə menyular təklif edir ki, alternativi olmur. Hazırda mərasim evlərindəki qiymətlərlə şadlıq saraylarında qiymətlər, az qala, eynidir. Belə şey olmazı axı. Bu mənəvi dəyərlərə ziddir, onun əleyhinədir".
Oxşar xəbərlər
Azərbaycanda istifadəçilərin internetdən hansı məqsədlərlə yararlandığı açıqlanıb
2024-cü ildə Azərbaycanda internetdən istifadənin 39,9 %-i əyləncə, rəqəmsal kontentdən yararlanmaq məqsədi ilə edilib. BAKU.WS bu barədə Dövlət Statistika Ko...
