İKTA: Azərbaycanda internetin sürəti zəif deyil

Azərbaycanda internetin sürəti zəif deyil.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədr müavini Ceyhun Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, son 3 ildə ölkə üzrə internet sürəti üç dəfə artıb: "Əvvəlki dövrlərlə müqayisə etsəniz, internetin keyfiyyəti ilə bağlı kifayət qədər irəliləyişlər görə bilərsiniz. Ölkədə "Onlayn Azərbaycan" layihəsi çərçivəsində GPON texnologiyalarından istifadə 100 %-ə çatıb. GPON texnologiyası əvvəlki digər texnologiyalardan daha sürətli internet təmin etmək qabiliyyətinə malikdir. Odur ki, Azərbaycanda internetin sürətinin zəif olması fikri ilə razı deyiləm".
O bildirib ki, Azərbaycanda internetin sürətinin Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və ya Şərqi Asiya ölkələri – Koreya, Sinqapur kimi bu sahədə irəli gedən ölkələrdən aşağı olmasının tarixi səbəbləri var. Ancaq o, bu tarixi səbəbləri açıqlamayıb.
Oxşar xəbərlər
Ölkəyə ət idxalı azalıb
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 33 320.97 ton ət idxal olunub ki, bunun üçün 75 milyon 768 min 740 dollar xərclənib. BAKU.WS Oxu.Az-a istinadən...
