IDEA Bərdə və Beyləqanda kütləvi ağacəkmə aksiyaları təşkil edib

IDEA Bərdə və Beyləqanda kütləvi ağacəkmə aksiyaları təşkil edib
Foto
Sosial 30

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl marafon" kütləvi ağacəkmə kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyaları Bərdə və Beyləqan rayonlarında təşkil edilib.

BAKU.WS xəbər verir ki, IDEA İctimai Birliyinin könüllülərinin iştirakı ilə Bərdə rayonunda 600-dən çox Eldar şamı ağacı əkilib.

Həmçinin Beyləqan rayonunda keçirilən aksiya zamanı 2 000-dən çox sərv və şam ağacı əkilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika yaşıllaşdırma marafonu"nun ("Yaşıl marafon") əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. "Yaşıl marafon" çərçivəsində 2025-ci ilin payız və 2026-cı ilin yaz əkin mövsümləri ərzində ölkə üzrə iki milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.

Son xəbərlər