İdarə rəisi: "Son illərdə Xəzər dənizində çirklənmə müşahidə olunmur"
"Xəzər dənizində aparılan son monitorinqlərin nəticələrinə əsasən, dənizin suyunun kimyəvi tərkibində müsbət tendensiya müşahidə olunur".
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ceyhun Muradov jurnalistlərə müsahibəsində deyib.
"Son illərdə Xəzər dənizində çirklənmə müşahidə olunmur, zoobentosların inkişafı mövsümə uyğun davam edir.
Çimərlik ərazilərdə qurulan modul tipli qurğular, əsasən platformalarda, üzən vasitələrdə son texnologiyaların tətbiqi müsbət tendensiyalarla nəticələnir və dənizin suyunda təmizlənmə müşahidə olunur", - deyə C.Muradov bildirib.
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...