İcra başçısı reyd zamanı məşhurlaşan məmurun vəzifəsini dəyişdirdi
Sumqayıt Şəhər İcra Hakimiyyətinin şəhər ərazisində qanunsuz küçə ticarətinə qarşı keçirilən reyd zamanı məşhurlaşan əməkdaşı Samir Bədəlovun vəzifəsi dəyişib.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Zakir Fərəcov Əmr imzalayıb.
Belə ki, struktur dəyişikliyi nəticəsində icra hakimiyyətinin İstehsal və xidmət sahələri sektoru ləğv edilib. Buna görə də S.Bədəlov həmin sektordakı baş məsləhətçi vəzifəsini itirib.
Amma icra başçısı onu işsiz qoymayıb. Belə ki, başçının Əmrinə əsasən, S.Bədəlov ŞİH-də yeni yaradılan Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin Memarlıq-tikinti məsələləri sektorunun baş məsləhətçisi təyin edilib.
Oxşar xəbərlər
Ceyran Rəhimova illər sonra efirə qayıdır - Bu kanalda çalışacaq
Aparıcı Ceyran Rəhimova uzun fasilədən sonra efirə qayıdır. BAKU.WS xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Aparıcı çəkiliş meydanças...