"İçərişəhər" Muzey Mərkəzinin direktoru o oldu
04
iyn
2025
16:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinə direktor təyin edilib.
BAKU.WS xəbər verir ki, bu vəzifəyə Muzey işi sahəsinin mütəxəssisi və eksperti Azadə Hüseynova təyin olunub.
Qeyd edək ki, A. Hüseynova fəaliyyətinə 1988-ci ildə Azərbaycan Xalça Muzeyində başlayıb, 1994-2005-ci illərdə İstiqlal Muzeyinin direktoru vəzifəsində çalışıb.
2005-ci ildən etibarən Mədəniyyət Nazirliyində uzun illər Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri olub.
O, 2016-cı ildə "Tərəqqi" medalı ilə təltif edilib.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...