Hökumətdən vətəndaşlara xarici səfərlərlə bağlı MÜRACİƏT
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan vətəndaşlarının xaricdən gətirilməsi üzrə planlarımız var”.
BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O əlavə edib ki, bu da əsasən Azərbaycan-Rusiya quru sərhəd boyuncə vətəndaşlarımızın intervalla ölkəyə gətirilməsi nəzərdə tutulur.
“Burada Azərbaycanın və Rusiyanın strukturları ilə işlənmiş mexanizm var. Eyni zamanda Mərkəzi Asiya ölkələrindən, Qazaxıstan və Türkmənistandan Azərbaycan vətəndaşlarının yenə də testləri verərək, müxtəlif yollarla Azərbaycana gətirilməsi nəzərdə tutulur.
Bir də Bakı-Moskva istiqamətində xüsusi reysin həyata keçirilməsilə bağlı qərar var. Bu da Rusiyanın müvafiq strukturları ilə əlaqələndirilməlidir. Bakı-İstanbul istiqamətində reyslərimiz fəaliyyət göstərir. Vətəndaşlarımızdan da burada test rejiminə əməl etməsilə səfər edəcəklər.
Biz bir daha Azərbaycan Respublikası vətəndaşlarının zərurət olmadığı təqdirdə xarici səfərlərdən kənar durmağa çağırırıq. Çünki hər zaman yenidən reyslərin dayandırılması, fövqəladə vəziyyətlərin yaranması risklər var”.
Oxşar xəbərlər
Bakı-İstanbul aviareysi kimlər üçün açılıb?
Pandemiyanın yayılması ilə əlaqədar Azərbaycandan xarici ölkələrə uçuşlar təxirə salındı, alınmış biletlərin geri qaytarılmasına başlanıldı və yeni bilet satışı...