Şəhid ailələrinə birdəfəlik ödəmələr veriləcək
12
sen
2018
15:35
Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları hazırlanıb.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, gələn aydan həmin ödəmələrin verilməsi üçün sənədlərin qəbuluna başlanacaq.Bununla bağlı bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən tədbirdə qərar qəbul olunub.Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, cənab Prezidentin 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən nazirliyə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri bu ayın sonunda yekunlaşacaq.Vərəsələrinə birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların ümumiləşdirilmiş siyahısı nazirliyin saytında təqdim olunacaq.Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları da hazırlanıb.Bu qaydalar ödəmələrin verilməsi prosedurlarının tam şəffaf və vətəndaş məmnunluğuna səbəb olacaq səviyyədə həyata keçirilməsinə imkan verəcək.Nazir oktyabr ayından birdəfəlik ödəmələrin verilməsi üçün sənədlərin qəbuluna başlanmasının nəzərdə tutulduğunu deyib.O qeyd edib ki, nazirliyin müvafiq siyahısında olan şəhid hərbi qulluqçuların vərəsələrinin notariat orqanlarında vərəsəlikləri təsdiq edildikdən sonra elektron qaydada onlar barədə məlumatlar nazirliyə ötürüləcək.Bu məlumatlar əsasında formalaşan növbəlilik qaydasında ödəmələrin verilməsi təmin olunacaq.BAKU.WS
Oxşar xəbərlər
Sosial yardımla bağlı yeniliklər olacaq – Video
Ünvanlı sosial yardımın verilməsində bir sıra yeniliklər həyata keçiriləcək.BAKU.WS-in “Xezerxeber.az”a istinadən məlumatına görə, yeniliklərdə əsas məqsəd şəff...