Heydər Əliyev Fondu qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirib
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə avqustun 26-da xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib.
BAKU.WS xəbər verir ki, tədbirə ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə şəhid olmuş qəhrəmanlarımızın övladları, valideyn himayəsindən məhrum və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar dəvət alıblar.
Şənlik uşaqlara xoş və unudulmaz gün yaşatmaq, onların asudə vaxtlarının səmərəli və maraqlı təşkilinə şərait yaratmaq, hər bir uşağın diqqət və qayğı ilə əhatə olunduğunu hiss etdirmək məqsədilə təşkil edilib.
İstirahət məkanlarına xüsusi avtobuslarla gələn uşaqlar gün ərzində müxtəlif əyləncəli proqramlarda, maraqlı oyunlarda iştirak edib, yaradıcılıq və ustad dərslərində bacarıqlarını nümayiş etdirib, rəqs edib və həmyaşıdları ilə birlikdə maraqlı vaxt keçiriblər.
Tədbirlərin yekununda hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.
Uşaqlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, tədbirin təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.
Oxşar xəbərlər
Bakıda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakının Badamdar qəsəbəsi, Cavidan İbrahimli küçəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən 53 nömrəli müntəzəm marşrutun niz...