Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xətti çəkiləcək

Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xətti çəkiləcək
Sosial 465

Bakının Yeni Suraxanı qəsəbəsindən Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulub.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.

O qeyd edib ki, məqsəd sərnişin axını artdıqda dəmir yolu xidmət göstərə bilsin: "Şəhər ətrafından paytaxta gün ərzində 400 min sərnişin daxil olur və bu sərnişinlərə xidmət göstərilməsi üçün dəmir yolunun xidmətlərinin genişləndirilməsi proqramı da nəzərdə tutulub. Burada ilk olaraq Abşeron dairəvi yoluna qatarların əlavə edilməsi, yük qatarlarının dairəvi yola daxil olmasının qarşısının alınması üçün Güzdək-Qaradağ dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulub. Həmçinin mövcud olan, lakin köhnəlmiş və istifadədən çıxarılmış bəzi dəmir yollarının da istifadəyə qaytarılması qərara alınıb. Bunlar "Zabrat 2-Maştağa-"Bağlar-Albalı", "Bakıxanov-Binə-Qala-Yeni Suraxanı-Hövsan" istiqamətləridir ki, bunlar da sərnişin axınına xidmət göstərməyə imkan verəcək".

Oxşar xəbərlər

Bakının bəzi yollarında nəqliyyatın hərəkəti çətinləşib

Bakının bəzi yollarında nəqliyyatın hərəkəti çətinləşib

Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti çətinləşib. BAKU.WS Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, bir sıra yolla...

22 Sosial 09:07 04 iyul 2025

Son xəbərlər