Hərəkət iflic olur, sürücülər gərginləşirlər: Tıxacın həlli bu dəyişikliklərdədir?

Hərəkət iflic olur, sürücülər gərginləşirlər: Tıxacın həlli bu dəyişikliklərdədir?
Video
Sosial 38

Mirzağa Əliyev küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində yaranan nəqliyyat sıxlığının bir neçə səbəbi var.

Bu barədə Baku TV-nin "Necə olmalıdır?" rubrikasında məlumat verilib.

Bildirilib ki, kəsişmənin nişanla tənzimlənməsi, avtobusların dayanacaqdan çıxaraq Şəmsi Bədəlbəyli küçəsinə keçmək üçün bir neçə zolağı kəsməsi və yeni salınan nizamlanan piyada keçidi ərazidə hərəkəti çətinləşdirən əsas amillərdir.

Təklif olunur ki, kəsişmə işıqforla tənzimlənsin və ya sol iki zolaq kəsişmə nöqtəsindən etibarən düz xətlə ayrılsın. Bu halda nəqliyyat vasitələri sağa çıxmadan Şəmsi Bədəlbəyli küçəsi istiqamətində hərəkət edə bilər.

Bundan başqa, vurğulanır ki, avtobus dayanacağının kəsişmədən əvvələ köçürülməsi daha məntiqli olar. Çünki avtobusların dayanacağa yaxınlaşıb-çıxması hərəkəti xeyli ləngidir.

Piyada keçidinin isə Azərbaycan prospektindən yeraltı keçid istiqamətinə yönləndirilməsi daha məqsədəuyğun hesab edilir. Bu zaman uşaq və əlil arabalarının rahat hərəkəti üçün eniş və çıxışların da nəzərə alınması vacibdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər