Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salınıb
Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində müddətli həqiqi hərbi xidməti başa vuran hərbi quluqçuların Silahlı Qüvvələrin ehtiyatına buraxılması həyata keçirilir.
Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Hərbi hissələrin Döyüş bayrağının sıra meydanına gətirilməsi ilə başlayan tədbirlərdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xidmətdə fərqlənmiş hərbi qulluqçular təltifləndirilərək onlara Vətənə şərəfli xidmətlərinə görə təşəkkür edilib, gələcəkdə cəmiyyətimizə layiqli vətəndaş olmaları arzulanıb.
Hərbi qulluqçular üçrəngli bayrağımızı öpüb, xidmət dövründə qazandıqları müsbət vərdiş və keyfiyyətlərə görə minnətdarlıq bildiriblər.
Tədbirin sonunda sərhədçi əsgərlər hərbi orkestrin müşayiəti ilə təntənəli şəkildə yola salınıb.
Qalereya
Oxşar xəbərlər
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb - YENİLƏNİB
Köç karvanları Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalı rayonunun Daşbulaq kəndlərinə çatıb. BAKU.WS xəbər verir ki, bu mərhələ...