Hər an dəhşətli hadisə ola bilər: Oğuzda təhlükə dolu məktəb
İllərdir ölkəmizdə yeni və müasir məktəb binaları tikilir. Ancaq elə məktəblər var ki, həmin təhsil ocaqlarında oxuyan şagirdlərin valideynləri narahatlıq hissi keçirirlər.
Belə məktəblərdən biri də Oğuz rayonunun 2015-ci ildə inşa edilən Qumlaq kənd tam orta məktəbidir. Belə ki, 10 il əvvəl tikilən məktəbin fasadı artıq dağılmaqdadır.
"Məktəbin giriş hissəsi yaxşı vəziyyətdədir. Amma arxa tərəfin aqlay daşları uçub tökülür. İçəri də yaxşı halda deyil. Tavandan su damır, döşəmə də bərbad vəziyyətdədir", - deyə kənd sakini Mərdan Abdullayev narazılıq edib.
Valideynlər uşaqlarını məktəbə göndərməyə qorxduqlarını söyləyirlər.
"İki nəvəm bu məktəbdə oxuyur. Onları dərsə göndərməkdən qorxuram. Həyətdə oynayanda başlarına daş uçub tökülər, bədbəxt hadisə baş verər", - deyə Məhəmmədiyə Xəlilov bildirib.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Regionlarda intensiv yağış yağıb, Bakıda və Abşeronda külək əsir - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 10:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Ayrı-ay...