"Həm Kəlbəcərə, həm də atama qovuşacağam" - Dilqəm Əsgərovun oğlu
Yeniliklərdən dərhal xəbərdar olun
"30 ilə yaxın idi Kəlbəcərin, 7 ilə yaxın idi atamın həsrətini çəkirdim. İndi atama da, Kəlbəcərə də qovuşacağam".
Bu fikirləri BAKU.WS-in bölgə müxbirinə erməni əsirliyində saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.
O qeyd edib ki, qazanılan qələbənin ailəsi üçün xüsusi əhəmiyyəti var:
"Bu xoş günləri, bu tarixi anları bizə yaşatdığı üçün cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Ordumuza çox sağ ol deyirəm. Sevincimin həddi-hüdudu yoxdur. Var olsunlar".
Məlumat üçün bildirək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdunu, yaxınlarını ziyarət edərkən işğalçı Ermənistan hərbiçiləri tərəfindən həbs olunublar və 7 ilə yaxındır həbsxanada saxlanılırlar.
Oxşar xəbərlər
Ermənistanlı əsir Azərbaycan dilində danışır - Başının üstündə isə Azərbaycan bayrağı - VİDEO
İndi sizə iki ölkə, Azərbaycan və Ermənistan arasında olan fərqi təqdim edəcəyik. Buraxılışmızın əvvəlində Xocalıda Ermənistan ordusunun dinc sakinlərə qarşı tö...