“Həkim nəzarəti olmadan istifadə etmək çox ciddi fəsadlara səbəb ola bilər” - TƏBİB-dən XƏBƏRDARLIQ

“Həkim nəzarəti olmadan istifadə etmək çox ciddi fəsadlara səbəb ola bilər” - TƏBİB-dən XƏBƏRDARLIQ
Sosial 257

“Evdə müalicə ilə bağlı tibbi-metodik göstərişlər hazırlanaraq xəstəxanalara paylanılıb”.

BAKU.WS xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Y.Qarayeva deyib ki, yüngül, asimptomatik xəstələrin evdə müşahidə altında olması nəzərdə tutulub:

“Bu xəstələrə müalicə lazım olmayacaq, müşahidə altında olacaqlar. Ona görə o xəstələrə dərman da lazım olmayacaq. Digər tərəfdən, hazırda müalicə simptomlara qarşı aparılır, xəstəliyə birbaşa müdaxilə edən dərman hələ yoxdur. Həm də dərman preparatlarından həkim nəzarəti olmadan istifadə etmək çox ciddi fəsadlara səbəb ola bilər, insanlar bunu da nəzərə almalıdır”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər