Həftəsonu Bakı metrosunun fəaliyyəti dayandırılır? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus pandemiyası dövründə Bakı metropoliteninin fəaliyyəti birbaşa Operativ Qərargahın qəbul edəcəyi qərardan asılıdır.
Bu barədə "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, əgər bu həftəsonu da sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunarsa, digər ictimai nəqliyyat kimi Bakı metrosu da fəaliyyətini dayandıracaq.
“Hələlik nə metrosunun, nə də digər ictimai nəqliyyatın fəaliyyətilə bağlı hansısa qərar yoxdur”, - deyə B.Məmmədov bildirib.
Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın iyunun 9-da keçirilən brifinqində çıxışı zamanı deyib ki, cümə və şənbə günü (19 və 20 iyun) sərt karantin tətbiq edilməsi, bazar günü isə vətəndaşların istirahəti üçün saxlanılması təklif edilib. Lakin bununla bağlı hansısa qərar verilməyib.
Oxşar xəbərlər
Cəlal İsayev: “Yolları açmaq, Bakıda əhalini azaltmaq lazımdır”
Azərbaycanda koronavirus epidemiyasına yoluxma pik həddə çatıb. Xüsusi karantin rejiminin ən sərt vaxtlarında, mart-aprel aylarında infeksiyaya yoluxma statisti...