Həcc ziyarətinə sənəd qəbulu ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulu karantin rejiminin tətbiq edilməsi səbəbindən müvəqqəti dayandırılsa da ləğv edilməyib.
Bu barədə BAKU.WS-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, koronavirus təhlükəsinə görə Həcc ziyarətinin dayandırılması ilə bağlı hələ ki, Səudiyyə Ərəbistanı tərəfindən hər hansı bir bildiriş gəlməyib.
Bildirilib ki, Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət edib.
Hazırda isə karantin rejimi tətbiq olunduğuna və eyni zamanda rayonlardan Bakıya gəlişin məhdudlaşdırılmasına görə müraciət edənlər yoxdur.
Vurğulanıb ki, indidən Həcc ziyarətlərinin təxirə salınıb-salınmayacağı barədə bir söz demək çətindir. Proseslərin gedişinə uyğun qərar qəbul olunacaq.
Qeyd edək ki, ziyarətin qiyməti 4 490 dollar olacaq. Ötən il isə bu məbləğ 4 285 dollar təşkil edib. Bu, otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.
Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanıb.
Oxşar xəbərlər
Ramazanın 3-cü gününün duası - İmsak və iftar vaxtı
Sabah Ramazan ayının üçüncü günüdür. BAKU.WS xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 27-də Bakıda imsak saat...