Həbsdəki şəxslərin 97%-i kişilərdir
Yeniliklərdən dərhal xəbərdar olun
Azadlıqdan məhrum edilmiş məhkumların sayına münasibətdə kişilər 97,1%, qadınlar isə 2,9% təşkil edir.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında öz əksini tapıb.
Qeyd olunub ki, 2023-cü illə müqayisədə hesabat ilində azadlıqdan məhrum edilmiş kişilərin sayı 6,8%, qadınların sayı isə 15,9% artıb.
Bununla yanaşı 2024-cü ildə probasiya qeydiyyatında olan məhkumların 94,1%-i kişilər, 5,9%-i isə qadınlardır. 2023-cü illə müqayisədə hesabat ilində probasiya qeydiyyatında olan məhkum kişilərin sayı 9%, qadınların sayı isə 0,6% artıb.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...