Hazırda koronavirus daha çox Rusiyadan gətirilən vətəndaşlarımızda aşkar edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Hazrda koronavirus daha çox Rusiyadan gətirilən vətəndaşlarımızda aşkar edilir.
BAKU.WS-in məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
H.Hacıyev bildirib ki, əvvəllər Avropa qitəsindən gətirilən vətəndaşlarımızda koronavirus infeksiyası daha çox aşkar edilirdi:
"Son dövrlərdə isə Rusiya Federasiyasından gətirilən vətəndaşlarımızın 18-20 faizində koronavirus infeksiyası aşkar edilir. Bu faiz dərəcəsi artım üzrə gedir. Aprelin sonu, mayın əvvəlində Rusiyadan Azərbaycana gətirilən 540-a yaxın vətəndaşın 10 nəfərində koronavirus infeksiyası müəyyən edilib və onlar xüsusi şəraitdə müalicəyə cəlb olunublar. Bu rəqəmlər müxtəlif vaxtlarda müxtəlif ərazilərə görə dəyişir”.
Oxşar xəbərlər
Xaricdən Azərbaycana gətirilən vətəndaşların statistikası açıqlandı - RƏSMİ
"İran-Azərbaycan quru sərhədi vasitəsilə 94 nəfər Azərbaycan vətəndaşının 5 may tarixinə ölkəmizə keçidi təmin olunmuşdur". BAKU.WS xəbər verir ki, bunu Nazirlə...