Rusiyada olan vətəndaşlarımızın nəzərinə - ÖLKƏYƏ QAYITMA QAYDASI
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusiyada olan vətəndaşlarımızın Azərbaycana gətirilməsini və onların geri qayıtmasının növbəlilik və ardıcıllıq əsasında mərhələli şəkildə həyata keçirmək məqsədilə zəruri internet portalı yaradılıb".
BAKU.WS xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu portal "evə gedirəm" adlanır və qarşıdakı günlərdə aktiv fazaya keçəcək: "Rusiyada olan vətəndaşlarımıza bu şamil olunur. Orada olan vətəndaşlarımız portal vasitəsilə onlayn qaydada qeydiyyatdan keçsinlər və növbəli şəkildə ölkəmizə qayıtmaları təmin olunacaq".
Oxşar xəbərlər
Azərbaycanda karantində nə qədər adam var - Rəsmi rəqəmlər açıqlandı
“Bu günə qədər olan məlumata əsasən, 9 mindən artıq Azərbaycan vətəndaşı, xüsusən də xaricdən gələn vətəndaşlarımız karantinə yerləşdirilib”. BAKU.WS xəbər veri...