Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
28
apr
2026
09:01
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
DDLA-dan verilən məlumata görə, xəbərdarlığa əsasən, aprelin 27-i axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyi aprelin 29-dək davam edəcək.
"Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir", - məlumatda qeyd olunur.
Məlumata görə, dalğanın hündürlüyünün 3.5-4.5 m. çatacağı proqnozlaşdırılır.
Oxşar xəbərlər
25 min abonentin suyu kəsiləcək
Sumqayıt şəhəində 25 min abonentin su təchizatında fasilə yaranacaq. Bu barədə BAKU.WS-ə Sumqayıt Sukanal idarəsindən məlumat verilib. Qeyd olunub ki, şəhərdə m...