Hava kəskin dəyişir - Temperatur aşağı enəcək, qar yağacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 15-i axşamdan 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Havanın temperaturu tədricən 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur.
Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.
Oxşar xəbərlər
Noyabr ayının hava proqnozu açıqlanıb
Noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən...