Hava bu tarixdən dəyişəcək - 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında sabah gündüzdən oktyabrın 15-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Oxşar xəbərlər
Bir zamanlar Cənubi Qafqazda yaşayan Binəqədi kərgədanının görüntüləri
Turistlərin axın etdiyi Palçıq Vulkanları Turizm Kompleksinin Təbiət tarixi sərgi zalı maraqlı və nadir eksponatlarla diqqət mərkəzindədir. Belə ki, burada Azər...