Hansı xəstəliklərdə avtomobil idarə etmək olmaz?
Sükan arxasında təhlükəsizliyi təmin etmək üçün bir sıra xəstəliklər sürücülük üçün ciddi maneə hesab olunur. Dünyanın əksər ölkələrində oxşar tibbi məhdudiyyətlər tətbiq edilir.
BAKU.WS xəbər verir ki, adətən aşağıdakı hallarda avtomobil idarə etmək qadağan edilir və ya məhdudlaşdırılır:
-ağır psixi pozuntular və davranış xəstəlikləri;
-epilepsiya və qəfil tutma yaradan xəstəliklər;
-hər iki gözün korluğu və ya ciddi görmə itkisi;
-ağır eşitmə və vestibulyar aparat pozuntuları;
-hərəkəti məhdudlaşdıran ağır sinir və ya əzələ xəstəlikləri;
-ətrafların amputasiyası və ya ciddi deformasiyası.
Bəzi hallarda isə sürücülük yalnız müəyyən şərtlərlə icazə verilir. Məsələn, görmə zəifliyi olan şəxslər eynək və ya linza ilə, fiziki məhdudiyyəti olanlar isə xüsusi avadanlıqlı avtomobillə nəqliyyat vasitəsini idarə edə bilərlər.
Bu qaydaların əsas məqsədi yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.
Oxşar xəbərlər
Azərbaycanda pensiya alanlara ŞAD XƏBƏR - Növbəti aydan...
Azərbaycan Prezidenti əmək pensiyalarının və pensiya kapitalının indeksləşdirilərək artırılması ilə bağlı sərəncam imzalayıb. Bununla da 2026-cı ildə əmək pensi...