Hansı səbəbdən koronavirusa yenidən yoluxa bilərsiniz?
Yeniliklərdən dərhal xəbərdar olun
Bir dəfə koronavirusa tutulub sağalmış adamlar yenidən bu xəstəliyə yoluxa bilərlər.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Yevgeni Timakov bildirib.
“RİA Novosti”yə danışan mütəxəssisin sözlərinə görə, artıq bir dəfə COVID-19-a yoluxan şəxslərdə immunitet bitdikdən sonra xəstələrlə tez-tez təmasda olarsa, onlar eyni virusa yenidən yoluxa bilər.
“İmmunitet sistemi hər hansı bir dərman qəbulu nəticəsində və yaxud digər hansısa səbəbdən zəifləyən zaman da təkrar yoluxma mümkündür.
İnsanlar bir neçə səbəbdən yenidən xəstələnirlər. Koronavirus infeksiyası ömürlük toxunulmazlığa səbəb olmur. Bu su çiçəyi deyil”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
Koronavirus dəhşəti davam edir - Dünya ölkələri sərt tədbirlər görür
Dünyada koronavirusa yoluxanların sayı artaraq 63 milyonu ötüb. Bu barədə BAKU.WS ayrı-ayrı ölkələrin statistik göstəricilərinə istinadən xəbər verir. Pandemiya...