Hamiləlik zamanı alınan çəki körpənin çəkisinə necə təsir edir?

Hamiləlik zamanı alınan çəki körpənin çəkisinə necə təsir edir?
Araşdırma
Sosial 78

Hamiləlik dövründə qadının çəkisində baş verən dəyişikliklər təkcə onun sağlamlığına deyil, körpənin doğum çəkisinə də birbaşa təsir edir.

BAKU.WS xəbər verir ki, tədqiqatlara əsasən, hamiləlik dövründə qadının hər əlavə 1 kiloqram çəki artımı körpənin çəkisində təxminən 90-100 qram artımla nəticələnə bilər. Əgər ana hamiləlik dövründə yetərincə çəki yığmazsa, bu, uşağın aşağı çəkili doğulması və erkən doğuş riskini artırır. Eyni zamanda, normadan artıq çəki isə körpənin böyük çəkili doğulması, doğuş zamanı travmalar və sezaryan ehtimalını artırır.

Amerika Tibb İnstitutunun (IOM) rəsmi tövsiyələrinə görə, hamiləlik zamanı çəkidəki artım ana namizədin hamiləlik öncəsi bədən kütlə indeksi (BMI) əsasında belə müəyyənləşir:

  • Normal çəkidə olan qadınlar üçün: 11,5–16 kq

  • Az çəkili qadınlar üçün: 12,5–18 kq

  • Artıq çəkidə olanlar üçün: 7–11,5 kq

  • Obez qadınlar üçün: 5–9 kq

Həkimlər bildirir ki, həm az, həm də çox çəki artımı gələcəkdə uşaqlarda piylənmə, metabolik pozuntular və digər sağlamlıq problemlərinin yaranması riskini artırır. Bu səbəbdən hamiləlik müddətində çəkini nəzarətdə saxlamaq və həkim nəzarətində olmaq ana və körpənin sağlamlığı üçün olduqca vacibdir.

Faktlara əsaslanan araşdırmaların nəticəsi kimi, mütəxəssislər hamilə qadınlara balanslı qidalanma, vitamin və minerallarla zəngin pəhriz, eləcə də yüngül fiziki aktivliklə hamiləlik dövrünü keçirməyi tövsiyə edirlər.

Oxşar xəbərlər

Son xəbərlər