“Hamilə vaxtı xərçəng olduğumu öyrəndim” - VİDEO

“Divarda gördüm adımı. Qarşısında kəskin leykoz yazılmışdı. O an dünya başıma yıxıldı”.
Bunu kəskin leykoz diaqnozu qoyulan gənc jurnalist Şəfiqə Nazimqızı (Məlikova) bildirib.
“Həyatımın ən gözəl çağında, 5 illik həsrətdən sonra dünyaya gələcək övladımı qucağıma alacağım günlərin tam sonunda kəskin leykoz xəstəsi olduğum aşkarlanıb. Yüksək həyati risklə övladım doğulub. Uşağı dünyaya gətirəndən 2 gün sonra bildim ki, leykoz xəstəsiyəm”, - gənc jurnalist deyib.
Ş.Nazimqızının sağalması üçün 50 min dollardan çox vəsait lazımdır. O qeyd edib ki, xeyirxah insanların köməyi sayəsində artıq bu məbləğin 40 min manatı toplanıb.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Kəskin leykoz diaqnozu qoyulan gənc ananın köməyə ehtiyacı var: “Qızımı özüm böyütmək istəyirəm” - FOTO
“Qızımın iki ayı tamam olmayıb. Onu çox az görmüşəm, çünki o doğulandan dərhal sonra Türkiyəyə müalicəyə getmişəm, xəstəxanalarda olmuşam. Sağalıb qızımı özüm b...
